Gündəm, Dünya
19.11.2015 / 12:56

BMT: İran nüvə razılığının bəzi şərtlərinə əməl edir

BMT: İran nüvə razılığının bəzi şərtlərinə əməl edirBeynəlxalq Atom Enerjisi Agentliyinin bildirdiyinə görə, İran nüvə proqramının atom silahları istehsalında istifadə edilə biləcək hisələrini Tehranla əldə edilmiş razılığın şətlərinə uyğun olaraq ixtisar etməyə başlayıb.

Bununla belə, Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatı iə tanış olan diplomatlar xəbərdarlıq edib ki, İran qadağan edilmiş silah proqramında istifadə edilmək üçün minlərlə sentrifuqanı yenidən işə qaytarıla biləcək vəziyyətdə saxlayır.

BMT-nin məxfi hesabatının əldə edilmiş nüsxəsində deyilir ki, İranın əsas nüvə zəngiləşdirilməsi mərkəzində 11 min 308 sentrifuqa var ki bu da oktyabrın 18-i nüvə razılığının qüvvəyə mindiyi vaxtla müqayisədə 3 min sentrifuqa daha azdır.

Beynəlxalq Atom Enerjisi Agentliyi bəzi sentrifuqaların İranda daha kiçik nüvə obyektindən çıxarıldığını bildirib.

İyul ayında İranla əldə edilmiş razılığa görə, İran alimlərinin yüksək səviyyədə zənginləşdirilmiş uran istehsal edə bilmədiyinə əmin olmaq üçün Tehran fəaliyyətdə olan sentrifuqaların böyük hissəsini kəskin azaltmalıdır.

Assoşieyted Press agenliyinə danışan diplomatlar deyib ki, hazır vəziyyətdə olan minlərlə sentrifuqalar qısa bir müddətdə yenidən istifadəyə və ya işə qaytarıla bilər.

BMT-nin hesabatında habelə göstərilir ki, İranın aşağı səviyyədə zənginləşdirilmiş uran ehtiyatları son üç ayda tələb edildiyi kimi azalmaq əvəzinə artıb.

İyulun 14-də İran və dünya qüdrətləri arasında imzalanmış razılığa əsasən, İran nüvə proqramını ciddi şəkildə məhdudlaşdırmağa və sentrifuqaların sayını üçdə iki qədər azaltmağa söz verib. Bununla yanaşı, İran nüvə silahlarının əsas komponeneti olan pluton elementini kəskin azatlmaq üçün Arak obyektində yeni rekatorun dizaynını dəyişməyi vəd edib.

Bunun müqabilində dünyanın altı qüdrətli dövləti olan Birləşmiş Ştatlar, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya İran İslam Respublikasına qarşı tətbiq edilmiş sanksiyaları aradan qaldırmğa razı olub.

İnform.az

Baxış sayı: 340