Hadisə
09.07.2015 / 08:26

Qasırğa dağıntılar törədib

Qasırğa dağıntılar törədib

İnform.az Avropa mətbuatına istinadən xəbər verir ki, Macarıstanda şiddətli qasırğa nəticəsində ciddi dağıntılar meydana gəlib. Qasırğadan əsasən, paytaxt Budapeşt və Sekeşfexervar şəhərlərində sakinlərə ciddi ziyan dəyib. Sürəti saatda 90 kilometrə çatan küləklər onlarla evin damını uçurub. Evlərindən üzərindən qopub düşən şiferlər avtomobillərin üzərinə aşıb. Külək bir neçə elektrik şəbəkəsini də sıradan çıxarıb. Qasırğa, eyni zamanda, dolu ilə müşahidə olunub. Yollarda yığılıb qalan su isə, nəqliyyatın hərəkətini məhdudlaşdırıb.

Qasırğa Çexiyada da dağıntılar törədib. Ən çox dağıntı Pardubitse regionunda qeydə alınıb. Burada evlərdən birinə ildırım düşüb. Nəticədə ev tamamilə yanaraq külə dönüb. Şiddətli küləklər onlarla ağacı və elektrik dirəklərini aşırıb. Minlərlə ev işıqsız qalıb. Hökumət regionun bir neçə əyalətində fövqəladə vəziyyət elan edib.

Baxış sayı: 178