Dünya
18.11.2015 / 15:26

Türkiyə parlamentində Paris terrorunu anmaq təklifi rədd edilib

Türkiyə parlamentində Paris terrorunu anmaq təklifi rədd edilibTürkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında Paris terroru qurbanlarının xatirəsini anmaq təklifi keçməyib.

İnform.az "Gün.Az"a istinadən xəbər verir ki, Türkiyə parlamentinin andiçmə toplantısında maraqlı hadisə yaşanıb.

Qaydalara görə, iclasa sədrlik edən ən yaşlı deputat - ana müxalifət Cumhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi Deniz Baykal partiyadaşının təklifini geri çevirib.

CHP-dən olan depotat Sezgin Tanrıkulu iclasda söz alaraq, noyabrın 13-də Parisdə törədilmiş terror aktının qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını təklif edib.

Ancaq D.Baykal parlamentin yeni fəaliyyət müddətinin rəsmən başlamadığını əsas gətirərək, bu təklifi rədd edib.

Baxış sayı: 330