Baş xəbər, Hərbi
18.11.2015 / 12:50

“Hərbi Hava Qüvvələrimiz istənilən hava hücümunun qarşısını almağa qadirdir...”

“Hərbi Hava Qüvvələrimiz istənilən hava hücümunun qarşısını almağa qadirdir...”
Bu sözləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin keçmiş idarə rəisi, ehtiyatda olan polkovnik Kamal Hüseynov “Interfaks-Azərbaycan” agentliyinin müxbiriylə müsahibəsində söyləyib.

“Biz dəfələrlə KİV-də Azərbaycanın neftqaz və nəqliyyat infrastukturlarının istənilən anda hücuma məruz qoya biləcəyi haqda Ermənistanın məsuliyyətsiz və əsassız çıxışları ilə rastlaşmışıq. Əgər Ermənistanın hərbi-siyasi rəhbərliyi düşünür ki, Azərbaycanın infrastrukturuna əhəmiyyətli dərəcədə hər hansı bir zərbə endirə bilər, o cox böyük səhv edir. Azərbaycanın hərbi keşikdə dayanan Hərbi Hava Qüvvələri düşmənin istənilən hava hücümunu iflic vəziyyətə salmaga qadirdir” deyə K.Hüseynov bildirib.
Ekspert, Azərbaycan HHM-nın texniki vasitələrinin xüsusiyyətlətini açıqlamadan vurğulamışdırki, “onlar İrevanın Zvartnos aeroportu və Gümrü, Eribuni, Arzni kimi digər aerodromlarından ucan hər hansı obyekti nəzarətdə saxlamağa qadirdirlər.”
“İrevan aeroportundan və digər əsas aerodromlardan qalxan hər hansı bir obyekt Azərbaycan HHM qüvvələrinin nəzarətindədir. Qeyd etmək lazımdır ki, erməni tərəfi Xocalı aeroportunun istifadəyə veriləcəyi barədə dəfələrlə elan etsə də, hər dəfə bu tarixi sonraya saxlayır. Məsələ burasındadır ki, düşmən bu Azərbaycan şəhərinin coğrafi yerləşməsini və Azərbaycan tərəfinin hərbi-texniki imkanlarını nəzərə alaraq, bu aeroportu istifadəyə verməyə qorxur. İrevanda yaxşı başa düşürlər ki, bu onlarin sonu olacaq” deyə ekspert vurğulayıb.
1 oktyabr 2012-ci ildə erməni tərəfi Ermənistan hərbi qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazisində yerləşən Xocalı aeroportunu gundəlik reysləri yerinə yetirmək üçün təmir etdirib. Buna cavab olaraq Azərbaycan tərəfi beynəlxalq hüquq normalarına , eyni zamanda Beynəlxalq Mülki Aviasiyanın tələblərinə uyğun formada bildirdi ki, bu hərəkətlər hüquqa ziddir və bu aeroportdan ucan hər bir təyyarə vurulacaq. Erməni tərəfinin coxlu vədlərinə baxmayaraq Xocali aeroportundan hələ də istifadə edilmir.
K.Hüseynov erməni tərəfinin hərbi hava quvvələri ilə əməliyyatlar aparacağına da şübhə ilə yanaşıb. Onun sözlərinə görə Ermənistan Hərbi Hava Qüvvələrinin tərkibini CY-25 /16 ədəd/, L-39 təlim birmotorlu təyyarələr (10 ədəd), həmçinin Mİ-8 (10 ədəd), Mİ-24 (11 ədəd) helikoöterləri və İl-76 nəqliyyat təyyarələri (2 ədəd) təşkil edir.
K. Hüseynov qeyd edib ki, “göründüyü kimi, bu cür zəif HHQ arsenalına malik olan, Ermənistan Azərbaycan əraziləri üzərində hətta manevrə oxşar fəaliyyət həyata keçirməyə qadir deyil”.
Artilleriya qurğularından zərbələrin endirilməsi, həmçinin erməni tərəfinin “S-300” komplekslərinə malik olmasına dair fikirlərə gəlincə, agentliyin həmsöhbəti qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin artilleriya arsenalı Ermənistanın arsenalından iki dəfədən artıq üstünlük təşkil edir.
“Bəli, Ermənistan 2 ədəd “S-300” komplektinə malikdir. Lakin bu köhnə modeldir. Onların hərəkət sahəsi 47-40 km-dir və maye yanacaqda işləyirlər. Azərbaycan isə, bildiyiniz kimi, bu silahın ən yeni nümunələrini alaraq, döyüş növbəsinə qoyub. Onlar bərk yanacaqla işləyirlər və əhatə dairələri daha genişdir”, - deyərfək K.Hüseynov fikrini davam etdirib.
Bundan əlavə, ekspertin sözlərinə görə, Ermənistan bu günə Çin istehsalı olan WM-80 “Smerç” sisteminin analoqudur, lakin bir çox göstəricilərə görə orijinaldan geri qalır. Bununla yanaşı, Ermənistan tərəfi həmçinin yaylım atəş sistemləri olan LAR-160, Lynx Grad, özüyeriyən artilleriya qurğuları 2S7 “Pion”, М-46 haubisalarına malik deyil. K.Hüseynovun sözlərinə görə, Azərbaycan isə son 10 ildən artıq bir müddətdə arsenalını 9А52 “Smerç” artilleriya sistemləri, «Toçka-U» 9Р129-1М kompleksləri, 2S1 “Qvozdika”, 2S3 «Akatsiya” sistemləri, D-30 haubisaları, PM-38 tipli 120 mm minaatanlarla zənginləşdirib. Həmçinin S-300 PMU-2 (Favorit), С-125 “Peçora”, Buk-MB, “Strela-1”, “Strela-3”, “İqla-1”, “İqla-S” kimi sistemlər Azərbaycan ordusunun döyüş növbəsində durub. Sonuncu ilə bir il öncə Ermənistan Silahlı Qüvvələrinə məxsus Mİ-24 helikopteri qoşunların təmas xəttində Azərbaycanın yaxın ərazidə hücum manevri zamanı vurulub.
“Hazırda aparıcı istehsalçılarla ən yeni silah nümunələrinin alışına dair danışıqlar aparılır. Həmçinin bu sahədə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri də yaxşı çalışırlar. Onlar ordunu hərbi sursat və mümkün hərbi əməliyyatların aparılması üçün digər vasitələrlə təchiz edirlər”, - deyən ekspert daha sonda bu fikri vurğulayıb:
“Ermənistan rəhbərliyi mümkün hücumların ölkəsi üçün nəyə səbəb olacağı barədə ciddi düşünməlidir”.

Mənbə: interfax.az

Baxış sayı: 411