BİZ, Sosial, Şərhlər
18.11.2015 / 11:40

Biz Bakıya bənzəmirdik...

Biz Bakıya bənzəmirdik...
Bəybala MİRZƏYEV / Araşdırmaçı-jurnalist


Axı niyə?
Niyə XXI əsrin insanları bu qədər dəyişkəndilər?

Biz belə deyildik. İndikilər kimi deyildik...
Mən sovetlərin zamanında doğulmuşam. Ən gözəl gənclik illərim də məhz Azərbaycanımızın müstəqilliyi uğrunda mübarizə dövrünə düşüb. Bu səbəbdən də bizim tələbəliyimiz də qeyri-adi olub.Və nə bizdən əvvəlki dövrlərin tələbələrinə, nədəki bizdən sonraki tələbə gənclərə bizim bəxtimizə düşən qədər gözəl bir tələbəlik nəsib olmayıb.
Mən bu barədə qismət olarsa,gələcəkdə ayrıca bir kitabımda da yazacam. Yazacam ki,qoy indiki
tələbələr də görsünlər ki,əsl tələbəlik necə olurmuş...
İndilik isə ayrı bir məsələdən bəhs etmək istəyirəm. Həm də ürək ağrısıyla.. Bizim dövrün nsanları bambaşqa idilər.
Biz indikilər kimi dəyişkən deyildik,dəymədüşər deyildik,tez alışıb tez də sönən deyildik...
Biz qərarlarımızı tez-tez dəyişmirdik...
Biz bizim üçün dəyərli olanlara da,olmayanlara da münasibətimizi tez-tez dəyişmirdik...
Biz birinə düşmən dediksə,onunla sonuna qədər düşmən olurduq.
Biz eyni adamla gah dost,gah da düşmən olmurduq...
Biz dostlarımızı tez-tez siyahımızdan silmirdik...
Biz dostlarımızın hər nazına,hər yanlışına, hər acısına dözürdük...
Biz bizə əziz olanların şəxsiyyətinə hörmətlə yanaşırdıq, hisslərinə hörmətlə
yanaşırdıq...
Biz bizə əziz olanları öz haqsız hərəkətlərimizlə, öz diqqətsizliyimizlə,öz kobudluğumuzla
incitmirdik,bezdirmirdik...
Biz bizə dəyər verənlərin özləriylə də,hissləriylə də futbol topu kimi oynamırdıq...
Biz günün başlanğıcında bir havada,günün sonunda isə başqa bir havada
olmurduq...
Biz dünən "can" deyib əzizlədiklərimizə bu gün düşmən kimi soyuq nəzərlərlə baxmırdıq,onları incidəcək sözlər demirdik...
Biz BİZİMKİ hesab etdiyimiz insanlar üçün hər cürə fədakarlıqlara gedirdik və bunu da sevə-sevə edirdik...
Biz bizim üçün əziz olanlara sadiq olurduq...
Biz dostlarımızı da,sevdiklərimizi də göz bəbəyimiz kimi qoruyurduq...
Bizim sevgimizlə nifrətimiz arasında məsafələr bu qədər qısa olmurdu...
Biz dünən əziz olanlara bu gün düşmən kimi,yad kimi baxa bilmirdik...
Biz Bakıya bənzəmirdik...
Biz Bakının havası kimi bir gündə dörd dəfə
dəyişmirdik...
Heyif bizdən,heyif...
Allah bizə rəhmət eləsin....

Baxış sayı: 625