Maraqlı
18.11.2015 / 10:47

"Smaylik" 2015-ci ilin sözü seçilib

"Smaylik" 2015-ci ilin sözü seçilibOksford lüğətinin versiyasına görə, sevinc göz yaşları smayliki («emoji») 2015-ci ilin əsas sözü seçilib.

Lüğətin müəllifləri bildirir ki, «emoji» sözü deyil, məhz smaylik ilin sözü seçilib.

«SwiftKey» şirkətinin araşdırmasına əsasən, indi sevinc göz yaşları smayliki ən populyardır və 20 faiz hallarda bu smaylikdən ünsiyyət zamanı istifadə edilir.

İnform.az

Baxış sayı: 254