Dünya
18.11.2015 / 05:38

Suriya ordusu İŞİDİ-i geri oturdub

Suriya ordusu İŞİDİ-i geri oturdub Suriya Silahlı Qüvvələri terrorçuların ordunun mövqelərini yararaq Deraa şəhərinə daxil olmaq cəhdlərinin qarşısını alıb.

İnform.az "Report"-a istinadla xəbər verir ki, bu barədə brifinqdə ordunun rəsmi nümayəndəsi, briqada generalı Əli Mayhub bildirib.

"Suriya ordusu cənub regionunda terrorçuların hökumət qüvvələrinin mövqelərini yararaq Deraa şəhərinə daxil olmaq cəhdlərinin qarşısını almaqla Şeyx-Miskin yaşayış məntəqəsi zonası üzərində nəzarəti ələ alıb. Çoxlu sayda yaraqlı, onların silah və texnikası məhv edilib. Deraa yaxınlığında ekstremistlərin iki komanda məntəqəsi, partlayıcı maddələr istehsalı sexi zərərsizləşdirilib. Ordu Dəməşq yaxınlığında cənub beynəlxalq avtostradaya nəzarət zonasını genişləndirib", — deyə Mayhub bildirib.

Baxış sayı: 218