Baş xəbər, Hüquq
09.07.2015 / 01:01

Güneyli milyarder edam oluna bilər

Güneyli milyarder edam oluna bilər

Türkiyədə böyük səs-küyə səbəb olan 17-25 dekabr 2013-cü il əməliyyatında açar şəxs hesab olunan azərbaycanlı iş adamı Rza Zərrabın ortağı olduğu deyilən güneyli milyarder Babək Zəncani üçün 200 səhifəlik iddia hazırlanıb.

Saxta sənədlər düzəldərək İrana 2 milyard 800 milyon dollar zərər vurmaqda ittiham olunan Babək Zəncanini edam cəzası gözləyir.

Babək Zəncani həmçinin İran neftinin “qara bazar”da satışından qanunsuz gəlir əldə etməkdə də təqsirləndirilir. 2013-cü ilin dekabrında həbs olunan Zəncaninin işinə bu günə qədər çoxlu edam hökmünü verən hakim Əbul Qasım Salavati baxacaq.

İranlı milyarderin cinayət işi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinə göndərilib.

İnform.az

Baxış sayı: 193