İdman
16.06.2015 / 10:01

Türkiyə ikinci Avropa Oyunlarının ev sahibi ola bilər

Türkiyə ikinci Avropa Oyunlarının ev sahibi ola bilər

“Türkiyə ikinci Avropa Oyunlarına ev sahibliyi edə bilər”. İnform.az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Həsən Arat Anadolu Agentliyinə müsahibəsində bildirib.

MOK rəsmisi qeyd edib ki, əgər Türkiyə ikinci Avropa Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürsə, Avropa Olimpiya Komitəsinin buna müsbət baxacağına inanır: "Oyunların keçirilməsi üçün təkcə İstanbulda deyil, Mərsin və Antalyada da hər cür şərait var. Oyunların Türkiyədə keçirilməsi ilə bağlı son qərar siyasətçilərindir”.

Baxış sayı: 462