Ədəbiyyat
17.11.2015 / 20:22

Türk dünyasının nağılları 35 cilddə

Türk dünyasının nağılları 35 cilddə İnform.az "Report"-a istinadən məlumat verir türkiyəli yazıçı Yücel Feyzioğlu Türk dünyasını əhatə edən nağılları araşdıraraq 35 cildlik kitab yazıb.

Məlumatda bildirilir ki, həyatını nağılların araşdırılmasına həsr edən yazar 32 il boynca Mesopotomiya, Orta Asiya və Anadolunun nağıllarını araşdırıb.
Yazıçı 3 min illik tarixə sahib Türk dünyasının nağıllarını 35 cilddə yazıb.

Y.Feyzioğlu bildirib ki, "Qrim qardaşları" nağıllarının sayı 263, "Anderson nağılları"nın sayı 156, onun Türk dünyasından topladığı nağılların sayı isə 2 mindir.
Yazıçı milli nağıl qəhrəmanlarının adını gündəmə gətirməklə uşaqlarda tarixə bağlılıq yaratmaq arzusundadır.

Baxış sayı: 215