Dünya
08.07.2015 / 17:57

Dar geydikləri üçün həbs edildilər

Dar geydikləri üçün həbs edildilər

Keçən ayın sonunda 19 və 23 yaşları olan iki gənc qız, Mərakeşin Aqadır şəhərində mini və dar bir paltarda alış-verişə çıxdıqları zaman, kişilərin onlara söz atmasına səbəb olmuşdular. Bununla bağlı polisə şikayət edən qızlar, gözləmədikləri vəziyyətlə üz-üzə qalıblar. Belə ki, polis, ədəbə qaydalarına zidd geyindikləri üçün onların özünü həbs etmişdi.
Bu ayın 13-də hər iki qız məhkəmə qarşısına çıxarılacaq. Ölkədə isə onların azad edilməsi üçün kompaniya başlayıb. Belə ki, 25 500 insanın imzaladığı "geyinmək cinayət deyil" başlıqlı məktub Mərakeşin Ədalət Nazirliyinə göndərilib.
Mərakeş qanunlarına örə isə hər iki qızı 1 aydan, 2 ilə qədər həbs cəzası gözləyir.
İnform.az

Baxış sayı: 359