Din
17.11.2015 / 02:29

"Böyük dövlətlər digər yerlərdə baş verən terrorları vaxtında görmədi”

"Böyük dövlətlər digər yerlərdə baş verən terrorları vaxtında görmədi” “Bu gün Fransada baş verənlər böyük və ciddi məsələdir. Vəziyyət ona görə bu yerə gəlib çatdı ki, böyük dövlətlər digər yerlərdə baş verən terrorları vaxtında görmədi”.

İnform.az "APA"-ya istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

QMİ sədri bildirib ki, böyük dövlətlər illər əvvəl müxtəlif yerlərdə, o cümlədən 1990-cı ilin yanvarında Bakıda, sonra Xocalıda baş verən terror hadisələrini görsəydi, bu gün Parisdə, Livanda dünyanı şoka salan hadisələr baş verməzdi: “Terroru başlanğıcdan görmək lazım idi. Çox təəssüf ki, bəzi dövlətlər hansısa maraqlarını qorumaq naminə terroru əl altdan dəstəkləyir, bundan istifadə edir. Amma onlar bilmirlər ki, bu bəla sonda onların özünə qarşı qayıdacaq və qayıtmaqdadır”.

A. Paşazadə deyib ki, İslan sülh dinidir, terror dini deyil: “Terrorun İslamla heç bir əlaqəsi yoxdur. Bu gün terroru İslamla əlaqələndirənlər anlamırlar ki, bu, terrorla mübarizədə səhv yoldur. Bu gün bütün güclü dövlətlər, dini liderlər, ictimai siyasi xadimlər birləşməsələr, bu bəla getdikcə dərinləşəcək. Biz terrora qarşı birdə mübarizə aparmalı, onun qarşısını almalıyıq”.

Baxış sayı: 370