Sosial
16.11.2015 / 22:11

Naxçıvanda Günəş elektrik stansiyası tikilir

Naxçıvanda Günəş elektrik stansiyası tikilir
Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikintisinə cari ildə başlanılan yeni Günəş Elektrik Stansiyasında işlər sürətlə davam etdirilir.

İnform.az AZƏRTACa istinadən xəbər verir ki, 20 meqavat gücə malik olacaq stansiyada işlər Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Belə ki, 5 hissədən ibarət olan ərazidə Günəş panelləri üçün bütün dayaqlar, Günəş panellərinin 90 faizi quraşdırılıb, 11 ədəd elektrik yarımstansiyası qoyulub. Hazırda istehsal ediləcək enerjinin şəbəkəyə ötürülməsi üçün kabel xətlərinin çəkilişi, ərazidə abadlıq və yaşıllaşdırma tədbirləri aparılır. Tikinti-quraşdırma işlərinin vaxtında başa çatdırılması üçün əraziyə 30-dan artıq müxtəliftəyinatlı texnika və 400-dən çox işçi cəlb olunub.

Qeyd edək ki, bu iri layihə alternativ enerji mənbəyi kimi gələcəkdə Naxçıvanın enerji təminatının tamamilə yerli ehtiyatlar hesabına ödənilməsində mühüm rol oynayacaq./azərtac

Baxış sayı: 302