Sosial
16.11.2015 / 15:32

Nazir Tərtərdə vətəndaşları qəbul edəcək

Nazir Tərtərdə vətəndaşları qəbul edəcəkEkologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov noyabrın 24-də Tərtər şəhərində vətəndaşlarla görüşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən İnform.az-a verilən xəbərə görə, H. Bağırov Tərtər şəhərindəki Gənclər mərkəzində Tərtər, Bərdə, Zərdab, Ucar, Xocavənd və Laçın rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Bərdə şəhəri 12 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Bərdə şəhəri, Qasım Bəy Zakir küçəsi 18, əlaqə telefonları: 050-565-43-55, 050-628-48-52, 020-20-5-44-82) xahiş olunur.

Baxış sayı: 355