Sosial
16.11.2015 / 12:47

Tehran-Bakı aviareysi təxirə salınıb

Tehran-Bakı aviareysi təxirə salınıbBu gün səhər saatlarında Tehran şəhərindən (İran) Bakıya yerinə yetirilməli olan J2 006 nömrəli aviareys təxirə salınıb.

"İran Hava Yolları"nın Bakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, Tehran-Bakı reysinin təxirə salınmasına təyyarədə baş vermiş texniki problemlər səbəb olub.

Heydər Əliyev Beynəlxalq Hava Limanından isə bildirilib ki, bu gün saat 04:30-a təyin olunan Tehran-Bakı marşrutu üzrə reys sabah eyni qrafik üzrə yerinə yetiriləcək.

Qeyd edək ki, Tehran-Bakı xətti üzrə həftənin hər günü reyslər həyata keçirilir. Bakıdan uçuş vaxtı 22:30-da başlayır, uçuş 1 saat 15 dəqiqə davam edir və təyyarə 02:35-də Tehrandan Bakı istiqamətində geriyə dönür.

Baxış sayı: 239