Sosial
16.11.2015 / 11:39

Gəncədə əmək yarmarkası keçiriləcək

Gəncədə əmək yarmarkası keçiriləcək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən növbəti Əmək yarmarkası noyabrın 18-də Gəncə şəhərində təşkil olunacaq. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, yarmarkada 60-a yaxın müəssisə üzrə 380-dək boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Tədbirdə həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin olunması üçün ayrı-ayrı müəssisələr üzrə kvota üzrə müəyyən edilmiş iş yerləri də təqdim olunacaq. Boş (vakant) iş yeri təqdim olunan müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi aktiv məşğulluq tədbirində əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslər qeydiyyata götürüləcək.

Cari ilin ötən dövründə ölkəmizin şəhər və rayonlarında ümumilikdə 55 Əmək yarmarkası keçirilib.

İnform.az

Baxış sayı: 371