Siyasət
16.11.2015 / 06:41

Gənclər Təşkilatlarının II Milli Konqresinə qeydiyyat başa çatıb

Gənclər Təşkilatlarının II Milli Konqresinə qeydiyyat başa çatıb Noyabrın 25-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təsis olunmasının 20 illiyi münasibətilə keçiriləcək Gənclər Təşkilatlarının II Milli Konqresinə qeydiyyat artıq başa çatıb.

İnform.az xəbər verir ki, ARGTMŞ-dan "AZƏRTAC"-a bildiriblər ki, tədbirdə iştirak etmək üçün 200-dən çox gənclər təşkilatının nümayəndəsi qeydiyyatdan keçib. Gənclər təşkilatlarının nümayəndələri təşkilatçılar tərəfindən təsdiq cavabı aldıqdan sonra rəsmi olaraq Konqresin iştirakçısı olmaq hüququ əldə edəcəklər.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək tədbirdə gənclər təşkilatlarının rəhbərləri ilə yanaşı, dövlət rəsmiləri, Avropa Şurasının yüksək vəzifəli əməkdaşları və mətbuat nümayəndələri iştirak edəcəklər.

Gənclər Təşkilatlarının II Milli Konqresi çərçivəsində “Azərbaycanın gənclər siyasəti: Müasir çağırışlar və davamlı inkişaf” mövzusunda Davos formatında müzakirələr olacaq.

Baxış sayı: 297