Dünya
16.11.2015 / 04:25

Türkiyə parlamentinin müvəqqəti sədri Dəniz Baykal olacaq

Türkiyə parlamentinin müvəqqəti sədri Dəniz Baykal olacaq Türkiyə Böyük Millət Məclisinin yeni tərkibli ilk iclası noyabrın 17-də keçiriləcək.

İnform.az "Modern.az"-a istinadla xəbər verir ki, ənənəyə görə, parlamentə ən yaşlı deputat müvəqqəti sədrlik edir.

Bu dəfə isə Cümhuriyyət Xalq Partiyasının təmsilçisi 77 yaşlı Dəniz Baykal TBMM-nin rəhbər şəxsləri seçilənə qədər Türkiyə parlamentinə müvəqqəti sədrlik edəcək.

Baxış sayı: 409