Dünya
15.11.2015 / 23:45

500 çeçen İŞİD-ə qoşulub

500 çeçen İŞİD-ə qoşulub İŞİD terror qruplaşmasına Çeçenistan Respublikasından təxminən 500 nəfər qoşulub.

İnform.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çeçenistan Respublikasın prezidenti Ramzan Kadırov Suriyanın Milli Barışıq Komitəsinin üzvləri ilə görüşdə bildirib.

Kadırov onlardan təxminən 200-ün məhv edildiyini, 47 nəfəri isə respublikaya qaytara bildiklərini deyib.

“Əgər bizim din adamlarımız məqsədyönlü ideoloji iş aparmasaydı, yalnız çeçenlər deyil, Şimali Qafqazın digər regionlardan da terrorçulaarın tərəfində vuruşanların sayı minlərlə olardı”, - Kadırov qeyd edib.

Onun fikrincə, terrorizm üzərində qələbə üçün Suriya xalqını birləşdirmək lazımdır: “Bu gün Qərb ölkələri, Avropa və ərəb ölkələri terrorçuları maliyyələşdirirlər. Onlar Suriyanın ayağa qalxmasında maraqlı deyillər. Onların öz maraqları var”.

Baxış sayı: 307