Sosial, Sağlamlıq
15.11.2015 / 17:43

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada aksiya

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada aksiyaHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetin (BMDTU) uşaq endokrinologiyası kafedrasının pediatriya klinikasında Dünya Diabet Günü ilə əlaqədar aksiya keçirib.

Bu ilki ümumdünya gününün mövzusu - “Sağlam həyat tərzi və şəkərli diabet” adlanır. Təşkilatçılardan biri, RAGB-ın idarə heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev uşaqlarda diabet problemi haqqında danışıb və vurğulayıb ki, dünyada birinci tip şəkərli diabeti olan xəstələrin sayı çoxalır.

Tədbirin sonunda RAGB-ın nümayəndələri Leyla Əliyevanın adından tibbi müəssisəyə hədiyyə olaraq məişət texnikası təqdim ediblər, uşaqlara isə hədiyyələr verilib.

Baxış sayı: 261