Dünya
15.11.2015 / 03:21

Bəşər Əsəd İŞİD-dən neft alır

Bəşər Əsəd İŞİD-dən neft alır İnform.az Rusiya mətbuatına istinadla bildirir ki, ABŞ dövlət katibi Con Kerri Suriya prezidenti Bəşər Əsədi İŞİD terror qruplaşmasından neft almaqda ittiham edib.

“Vəziyyət belədir ki, məhz o Bəşər Əsəd Suriyadakı terror qruplaşmaları üçün maqnit olub... Əsəd neft satır, İŞİD-dən də nefti alır”, deyə Kerri bildirib.

Qeyd edək ki, Vyanada ötən gün Suriya böhranının nizamlanmasına həsr olunmuş görüşdə 20-dək ölkənin XİN rəhbərləri, həmçinin, Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlığı Təşkilatı və Aİ-nin nümayəndələri iştirak edib.

Baxış sayı: 390