Dünya
15.11.2015 / 00:02

Türkiyədə fövqəladə vəziyyət

Türkiyədə fövqəladə vəziyyət Türkiyənin Şırnak şəhərinin Cizrə bölgəsində iki qəsəbədə fövqəladə vəziyyət elan edilib.

İnform.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sur və Yafəs qəsəbəsində bu gün saat 23:00-dan etibarən küçəyə çıxma qadağası tətbiq edilib.

Qeyd edilir ki, xalqın təhlükəsizliyini təmin etməkdən ötrü belə bir addım atılıb. Ancaq qadağanın hansı müddətə tətbiq edilməsi barədə məlumat verilməyib

Baxış sayı: 293