Dünya
14.11.2015 / 11:16

İŞİD Paris terrorunun məsuliyyətini üzərinə götürdü

İŞİD Paris terrorunun məsuliyyətini üzərinə götürdü Ötən gecə Fransa tarixində baş verən ən qanlı terror aktına görə məsuliyyəti “İslam dövləti” qruplaşması (İŞİD) öz üzərinə götürüb. İnform.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Le Monde” qəzəti məlumat yayıb. Qəzetin redaksiyasına göndərilən məktubda “Bu bizim Fransadan qisasımızdır, bunu Suriyaya görə edirik və hadisə Fransanın 11 sentybarıdır” kimi ifadələr işlədilib.

Parisin 7 ayrı yerində qısa zaman kəsiyində törədilən terror aktları zamanı azı 153 nəfərin öldüyü, 200-dən artıq insanın isə yaralandığı bildirilir.

Son məlumatlara görə, Parisdə məhv edilən terorrçuların sayı 8 nəfərə çatıb. Onlardan 7-si üzərində bərkidilən bomba vasitəsilə özünü partladıb. “Batakan” teatrında törədilən teror aktı zamanı 4 terrorçu-kamikadze, “Stad De France”da 3 terorçu, Paris küçələrindən birində isə daha 1 kamikadze öldürülüb.

Başqa terrorçuların olduğu da istisna olunmur. Fransa prokurorluğu 120 nəfərin, CNN telekanalı isə 153 nəfərin ölümü barədə məlumat verir.
“France Press” agentliyi isə silsilə terror aktlarında xəsarət alan 200 nəfərdən 80-nin vəziyyətinin kritik olduğunu bildirib.

Baxış sayı: 214