Hadisə
14.11.2015 / 10:38

Güclü külək şimal bölgəsində fəsadlar törədib

Güclü külək şimal bölgəsində fəsadlar törədibÖtən gün güclü külək Xaçmaz və Quba rayonlarında bir sıra problemlər yaradıb. Elektrik enerjisinin verilişində müəyyən problemlər yaranıb.

Xaçmazda bəzi yerlərdə elektrik dirəkləri aşıb. Şəhərin Heydər Əliyev küçəsində ağac aşıb.

Quba rayonu, Zərdabi qəsəbəsində isə külək avtoyuma məntəqəsinin dam örtüyünü uçurub.

Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

İnform.az

Baxış sayı: 363