Hərbi, Qarabağ
08.07.2015 / 12:06

"Qarabağda qələbə yaxındır"

"Qarabağda qələbə yaxındır"

Ermənistanın işğalı altında olan Şuşa, Laçın, Zəngilan və Cəbrayıl rayonlarının hərbi çağırışçılarının əsgərliyə yola salınma mərasimi keçirilib.

İnform.az-ın məlumatına görə, tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov və hərbi çağırışçıların valideynləri iştirak ediblər.

SHÇDX-nin rəis müavini, general-mayor Novruzəli Orucov deyib ki, Azərbaycan ordusunda yüksək səviyyədə nizam-intizam var və düşmən üzərində qələbə qazanmağa qadirdir: "Yaxın zamanlarda bunun şahidi olacağıq".

Baxış sayı: 361