Elm-təhsil
13.11.2015 / 17:39

Tarix fənni üzrə test tapşırıqlarının təhlili davam etdirilir

Tarix fənni üzrə test tapşırıqlarının təhlili davam etdirilirTarix fənni üzrə seminarda 2015-ci ildə ali təhsil müəssisələrinə üçüncü ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş müvafiq test tapşırıqları elmi-metodik baxımdan müzakirə olunub.

İnform.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) məlumat yayıb. Verilən məlumata görə, seminarda test tapşırıqları (A variantı, 61-75 saylı, B variantı, 54, 57-60, 63-65, 67, 70-75 saylı) imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil edilib.

Üçüncü ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında tarix fənnindən istifadə edilmiş test tapşırıqlarının elmi-metodik baxımdan təhlili başa çatıb. Abituriyentlərin cavab verməyə çətinlik çəkdikləri test tapşırıqlarının izahına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalında dərc ediləcək.

Noyabrın 19-da yeni test tapşırığı nümunələrinin elmi-metodiki baxımdan təhlili aparılacaq.

Baxış sayı: 450