Dünya
13.11.2015 / 14:21

ABŞ müdafiə naziri köməkçisini işdən qovdu

ABŞ müdafiə naziri köməkçisini işdən qovdu
ABŞ Müdafiə naziri Eşton Karter hərbi mövzulardakı yüksək vəzifəli köməkçisi general-mayor Ronald Levisi işdən çıxarıb.
İnform.az Axar.az-a istinadən xəbər verir ki, general-mayorun işdən çıxarılmasına səbəb “əxlaqsız hərəkətləri” olub. Nazirin köməkçisini işdən çıxarması ilə bağlı verdiyi açıqlamada “əxlaqsız hərəkətlərin” konkret nədən ibarət olduğu barədə məlumat verməyib:
“Bu Nazirlikdə, xüsusilə yüksək vəzifələrdə çalışan qadın və kişi işçilərin mümkün olan ən yüksək davranış standartlarına əməl etmələrini gözləyirəm. Bunun istisnası ola bilməz”.

Baxış sayı: 272