Dünya
13.11.2015 / 13:20

İranda güclü sel ən azı 15 nəfərin həyatını alıb

İranda güclü sel ən azı 15 nəfərin həyatını alıbİranın bir neçə regionunda baş vermiş sel ən azı 15 nəfərin həyatını itirməsi ilə nəticələnib. İnform.az "Report"-a istinadən xəbər verir ki, ölkənin cənubunda Rudan və Minab, eləcə də Hormozqan əyalətinin inzibati mərkəzi olan Bəndər Abbas şəhərləri daha çox ziyan görüb.
Eyni zamanda Kerman, İlam, Kermanşah və Lorestan əyalətində evlər dağılıb. Fars, Buşəhr və Xorasan, hətta səhrada yerləşən Yəzd vilayətləri əhəmiyyətli dərəcədə zərər görüb.
İranın qərbindəki İlam əyalətində son 100 ildə ən güclü yağış yağıb.

Baxış sayı: 332