Baş xəbər, Hərbi
08.07.2015 / 11:00

Müdafiə Nazirliyindən təkzib

Müdafiə Nazirliyindən təkzib

"Əsgərlərin ehtiyata buraxılmaması haqda yayılan məlumatlar həqiqəti əks etdirmir"

Xidmət müddətini başa vuran hərbi qulluqçuların ehtiyata buraxılmaması məsələsinə aydınlıq gətirilib.

İnform.az-ın məlumatına görə, səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov bildirib ki, hərbi xidmət müddətini başa çatdıran şəxslərin hələ də hərbi hissələrdə saxlanması və ehtiyata buraxılmaması haqda yayılan məlumatlar həqiqəti əks etdirmir.

O bildirib ki, iyulun 1-dən başlayaraq ayrı-ayrı hərbi hissələrdə hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanılıb: "Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin imzaladığı sərəncama əsasən, iyulun 1-dən 30-dək həm hərbi xidmətə çağrış, həm də ehtiyata buraxılma prosesi həyata keçirilir".

Baxış sayı: 396