Hərbi
09.11.2015 / 12:07

Dövlət Bayrağı Günü Bərdədə də qeyd olunub

 Dövlət Bayrağı Günü Bərdədə də qeyd olunub
Müdafiə nazirliyindən İnform.az-a daxil olan məlumatda bildirilir ki, Bərdə Olimpiya İdman Kompleksində Bərdə hərbi birliyinin və Gəncə Qarnizonu Zabitlər Evinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan bayram tədbiri keçirilib.
Bu əlamətdar günə həsr olunan videoçarxın təqdimatı ilə başlayan tədbirdə Bərdə rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər bayraq və Vətən haqqında şeirlər səsləndiriblər. Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani, Bərdə rayon icra hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya və hərbi birliyin komandirinin şəxsi heyət üzrə müavini, polkovnik-leytenant Elşən Əliquliyev də tədbir iştirakçılarını bayram münasibətilə təbrik ediblər.
Tədbirdə Respublikanın Xalq Artisti Azərin, Zümrüd Tağıyeva, “Vətən uğrunda!” hərbi-vətənpərvərlik mahnı müsabiqəsinin finalçıları Sabir Əliyev və Rəşad İsmayıl konsert proqramı ilə çıxış ediblər. “N” saylı hərbi hissənin kəşfiyyat qrupunun nümunəvi çıxışı da tədbir iştirakçılarının böyük marağına səbəb olub.

İnform.az

 Dövlət Bayrağı Günü Bərdədə də qeyd olunub

Baxış sayı: 213