Sosial
13.11.2015 / 12:02

Zərdabda konstitusiya günü qeyd olunub

Zərdabda konstitusiya günü qeyd olunub
12 noyabr Konstitusiya Günü münasibətilə Zərdabda ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Konstitusiyamızın yaradıcısı Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbirin rəsmi hissəsini giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev açıb. İcra başçısı tədbir iştirakçılarını, rayon ictimaiyyəti nümayəndələrini Konstitusiya Günü münasibətilə təbrik edib.
Sonra Rayon Məhkəməsinin hakimi Tahir Qubadov “Müstəqil Azərbaycan Konstitusiyası” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyası mühüm tarixi mərhələlərdən keçib. Müstəqil Azərbaycanın Konstitusiyası isə dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlərindən danışan natiq bildirib ki, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində respublikamızda bütün sahələrdə köklü islahatlar aparılıb. Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Vurğulanıb ki, demokratiya və konstitusiya idarəetmə yolunu, bir mənalı olaraq, Ulu öndərimiz bugünkü və gələcək nəsillərə başlıca siyasi irs qoyub. Ölkə Prezidenti cənab İlham Əliyev məhz bu çətin, lakin şərəfli irsin layiqli varisi kimi yorulmadan fəaliyyət göstərir, qanunlarımızın aliliyinin qarantı kimi çıxış edir. Bu gün ölkəmiz əsl demokratiya, ümumi rifah və azadlıq məkanı kimi inkişaf edir. 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərdə qəbul olunmuş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktlarına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilib. Qeyd olunan əlavə və dəyişikliklər Konstitusiyanı yeni müddəalarla zənginləşdirib.

İnform.az

Baxış sayı: 389