Dünya
13.11.2015 / 10:42

Türkiyə hərbçiləri daha 11 terrorçunu məhv etdi

Türkiyə hərbçiləri daha 11 terrorçunu məhv etdiTürkiyə Silahı Qüvvələri tərəfindən Şırnak vilayətinin Cizrə və Silopi bölgələrində keçirilən xüsusi əməliyyat zamanı terror törətməyi planlaşdıran iki ayrı PKK qrupu zərərsizləşdirilib.

İnform.az-ın Publika.az-a istinadən verdiyi məlumata görə, Türkiyə təhlükəsizlik qüvvələri ilə PKK-çılar arasında baş verən silahlı atışma zamanı ümumilikdə 11 terrorçu öldürülüb.

Öldürülən PKK silahlılarının Cizrə və Silopidə partlayış və terror aktları törətməyə hazırlaşdıqları ortaya çıxıb.

Baxış sayı: 272