Hüquq
12.11.2015 / 23:46

İki polis rəisi işdən çıxarıldı

İki polis rəisi işdən çıxarıldı Daxili İşlər naziri Ramil Usubov kadr dəyişikliyi edib.

İnform.az bildirir ki, "AzNews.az"-ın məlumatına görə, nazir Yevlax Rayon Polis Şöbəsinin rəisi Natiq Məşədiyevi işdən çıxarıb.

R.Usubov həmçinin İmişli Rayon Polis Şöbəsinin rəisi polkovnik Vaqif Müslümovu da tutduğu vəzifədən azad edib. Nazir digər əmrlə V.Müslümovu Yevlax Rayon Polis Şöbəsinə rəis təyin edib.

Məlumat üçün bildirək ki, Yevlaxın işdən çıxarılan polis rəisi Natiq Məşədiyevin adı bir neçə dəfə qalmaqallı hadisələrdə hallanıb, mətbuatın gündəminə gəlib. Onun qanunsuz əməlləri ilə bağlı Ramil Usubova dəfələrlə müraciət edildiyi də mətbuat səhifələrində tirajlanıb.

Baxış sayı: 336