Hadisə
12.11.2015 / 22:05

Qazaxda güclü qasırğa

Qazaxda güclü qasırğa Qazax rayonunda güclü küləklə müşahidə olunan qasırğa olub.

İnform.az "APA"-ya istinadən xəbər verir ki, qasırğa bu gün saat 14 radələrindən başlayıb, əsasən rayonun mərkəzində, Cəfərli, Fərəhli, Alpoud kəndlərində qeydə alınıb. Güclü külək inzibatı və fərdi binaların dam örtüklərinə ziyan vurub, bəzi ərazilərdə ağaclar qırılıb, bəzi yaşayış məntəqələrində elektrik, telefon və qaz xətlərində problemlər yaranıb.

Bəzi kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb. Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda kommunal xətlərə dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparırlar. Fövqəladə Hallar Komissiyası dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində iş aparır.

Baxış sayı: 396