Hadisə
12.11.2015 / 21:18

Meksikada partlayış olub

Meksikada partlayış olub İnform.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Meksika paytaxtının yaxınlığında yerləşən Tlalnepantle şəhərciyində qazla dolu olan sisterinin partlaması nəticəsində bir nəfər həlak olub, 19 nəfər isə yaralanıb.

Məlumata görə, hadisə nəticəsində ətrafda olan 5 avtomobilə və 19 yaşayış binasına ziyan dəyib.

Qeyd edək ki, bu ilin yanvar ayında da Meksikada analoji hadisə baş vermişdi. Həmin hadisə zamanı isə 60-dan çox insan xəsarət almışdı.

Baxış sayı: 250