Dünya
12.11.2015 / 08:16

İsrail hərbiçiləri ilə toqquşmalarda 200 fələstinli xəsarət alıb

İsrail hərbiçiləri ilə toqquşmalarda 200 fələstinli xəsarət alıb İordaniya çayının Qərb sahilində fələstinlilərin Yasir Ərəfatın vəfat günü ilə əlaqədar nümayişində İsrail əsgərləri ilə münaqişə yaşanıb.

İnform.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərinə görə, toqquşma nəticəsində 200-dən çox fələstinli xəsarət alıb.

Fələstin səhiyyə nazirliyinin məlumatına əsasən, 30 nəfər müxtəlif növ silahlardan açılan atəş nəticəsində, 85 nəfər rezin güllələrdən xəsarət alıb, daha 100-ə yaxın etirazçı isə gözyaşardıcı qazdan zəhərlənib.

Baxış sayı: 291