Sosial
12.11.2015 / 01:54

Azərbaycanda evlənənlərin sayı xeyli azalıb

Azərbaycanda evlənənlərin sayı xeyli azalıb Ötən ilin eyni dövrü ilə müqayisədə 2015-ci ilin 9 ayı ərzində Azərbaycanda qeydə alınan nikahların sayı 18 faiz azalıb.

İnform.az bildirir ki, bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin (VVAQ) rəisi Reyhanə Kərimova məlumat verib.

Xidmət rəisinin sözlərinə görə, 2014-cü ilin ilk 9 ayı ərzində 62509 nikah bağlanmışdısa, 2015-ci ilin müvafiq dövründə cəmi 51069 nikah aktı qeydə alınıb.

R.Kərimova onun səlahiyyətlərinə aid olmadığından ölkədə ailə quranların sayının azalması səbəbləri ilə bağlı hər hansı şərh verməyib.

Baxış sayı: 293