Hadisə
11.11.2015 / 23:50

Milanda yaşayış binasında partlayış

Milanda yaşayış binasında partlayış İtaliyanın Milan şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

İnform.az-ın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, binanın qismən uçduğu bildirilir.

Hadisə yerində polis və xilasedicilər işləyir. Partlayışın baş vermə səbəbləri müəyyənləşdirilir.

İlkin versiyaya əsasən, partlayışa qaz sızması səbəb olub.

Baxış sayı: 349