İdman
16.06.2015 / 08:55

11 idman növündə 21 dəst medal

11 idman növündə 21 dəst medal

Bakı-2015 I Avropa Oyunlarının V günündə 11 idman növündə yarışlar keçiriləcək.

İnform.az-ın məlumatına görə, bu növlərin 5-də qaliblər müəyyənləşəcək.

Belə ki, iyunun 16-da 21 dəst medal oynanılacaq.

Bunların təxminən yarısı avarçəkməyə təsadüf edəcək. Mingəçevirdəki yarışların son günündə 10 medal dəstinin sahibi müəyyənləşəcək. Qadın güləşçilər də çıxışlarını başa vuracaq. Xanımlar son 4 medal dəsti uğrunda mübarizə aparacaq.

Eyni sözləri sinxron üzgüçülüyə də şamil etmək olar. Bakı Su İdmanı Mərkəzində son iki dəst medal sahibini tapacaq.

Baxış sayı: 609