Hadisə
11.11.2015 / 21:34

ABŞ-da yaşayış binası partlayıb

ABŞ-da yaşayış binası partlayıb ABŞ-ın Elizabet şəhərində (Nyu-Cersi ştatı) yaşayış binasında partlayış baş verib.

İnform.az-ın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Yaralılardan 2 nəfərin vəziyyəti kritikdir. İnsident yaşayış evinin 2-ci mərtəbəsində qeydə alınıb.

Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Baxış sayı: 242