Mədəniyyət
11.11.2015 / 17:59

Gənc Tamaşaçılar Teatrı payız tətili günlərində maraqlı tamaşalar verəcək

Gənc Tamaşaçılar Teatrı payız tətili günlərində maraqlı tamaşalar verəcəkAzərbaycan Gənc Tamaşaçılar Teatrı məktəblilərin payız tətili günlərində maraqlı tamaşalarla çıxış edəcək.

İnform.az xəbər verir ki, bu barədə Teatrın mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, teatrın repertuarında orta məktəblərdə tədris olunan klassik və müasir dramaturgiya nümunələrinə geniş yer ayrılıb. Belə ki, noyabr 11-dən 22-dək teatrda hər gün məktəblilər üçün “Hekayəti xırs quldurbasan” (M.F.Axundzadə), “Dəcəl keçi” (P.Nurəliyeva), “Çəkməli pişik” (Ş.Perro), “Çirkin ördək balası” (H.K.Andersen), “Qoğalın nağılı” (Xalq nağılı), “Biri vardı, biri yox” (Ə.Ol), “Qaraca qız” (S.S.Axundov, A.Şaiq), “Danışan gəlincik” (A.Şaiq) və “Balaca və damda yaşayan Karlson” (A.Lindqren) tamaşaları təqdim olunacaq.

Teatr eyni zamanda ali məktəb tələbələrini və axşam tamaşalarının daimi izləyicilərini də yaddan çıxarmayacaq. Axşam tamaşaçıları bu ərəfədə “Ağ ölüm” (V.Siqarev), “Hasarın o üzü” (Ə.Əmirli), “Romeo və Cülyetta” (U.Şekspir) və “Xortdanın cəhənnəm məktubları” (Ə.Haqverdiyev) kimi maraqlı tamaşaları seyr edə biləcəklər.

Baxış sayı: 288