Baş xəbər, Araşdırma
11.11.2015 / 16:08

Moskva Kiyev Rusunun tarixini necə mənimsədi?

Moskva Kiyev Rusunun tarixini necə mənimsədi?
Güllü YOLOĞLU


Uzun illər, hətta əsrlər boyu bir çox tarixçilər xalqların etnogenezi, dili, dini ilə bağlı tədqiqatlar aparmışlar. Bəzi alimlər bugünkü Ukrayna və Rusiya arasındakı münasibətlərin kökünü araşdıraraq maraqlı nəticələr əldə edirlər. Məsələn, tarix elmləri doktoru, erməni koloniyaları haqqındakı bir çox araşdırmanın müəllifi Yaroslav Daşkeviç məqalə və çıxışlarında (“Як Московiя привласнила iсторiю кiiвськоi Русi” (2008)) qeyd edirdi ki, Moskva çarları IV İvandan (İvan Qroznı) başlayaraq Kiyev Rus dövlətinin tarixini mənimsəməyə başladılar.
Moskva Kiyev Rusunun tarixini necə mənimsədi?
Onlar bilirdilər ki, keçmişi olmayan xalqın, dövlətin gələcəyi də yoxdur. Belə ki, Moskva knyazlığı 1277-ci ildə Mengi Temir xan tərəfindən Qızıl Ordanın bir ulusu kimi yaradılmışdır. Bu vaxta qədər artıq 300 ildən çox idi ki, Kiyev Rus dövləti vardı...
Tədqiqatçılar fin torpağı olan “Moksel”lə (sonralar Moskva knyazlığı) Kiyev Rus dövlətinin heç bir əlaqəsinin olmadığından bəhs edərək vurğulayırlar ki, 988-ci ildə Kiyev Rus dövlətində vatiz prosesi gedəndə, Suzdal torpağının – “Moksel” torpağının fin tayfaları yarı vəhşi halda yaşayırdılar. Əslində IX-XII əsrlərdə Tulada, Ryazanda və indiki Moskva vilayətində merya, mokşa, ves, çud, mordva, mari və (sonrakı faktlar göstərir ki, qıpçaq türklər də buranın yerli tayfalarından idilər – G.Y.) başqa “moksel” tayfaları yaşayırdılar.

RUS KNYAZLARININ TÜRK ANALARI


1137-ci ildə knyaz Ryurikoviçlərdən olan Vladimir Monomaxın kiçik oğlu Yuri (Gürgi, Dürgi) Dolqoruki Kiyev knyazlığında yer tapa bilmədiyindən “Moksel”ə gəlir və burada Suzdal knyazlığına başçılıq edir.
Moskva Kiyev Rusunun tarixini necə mənimsədi?
Elə Daşkeviçin özü də yazır ki, Yuri yerli tayfalardan olan bir qızla evlənir və nəticədə Andrey Boqolyubski dünyaya gəlir. “Yerli tayfalardan birinin qızı” əslində qıpçaq xanı Aepa Osenoviçin qızı idi. Andreyin monqoloid təsviri də təsadüf deyil. Deməli, hələ monqol-tatarlara qədər (qaynaqlarda onların Suzdala 1237-ci ildə gəldiyi bildirilir – G.Y.) əsl “rus” torpaqları sayılan Suzdal knyazlığında qıpçaqlar yerli tayfalardan idilər. Qıpçaqlar öz kürəkənlərinə “Uzun kollı Yuri” deyirdilər... Onu da qeyd edək ki, sonralar bütün knyazların şəkilləri yenidən işlənildi və monqoloid üz cizgiləri, göz quruluşları dəyişdirilərək “slavyanlaşdırıldı”. 1940-cı illərin əvvəllərində Andrey Boqolyubskinin nəşinin qalıqlarını Moskvadakı Plastik Bərpa Laboratoriyasına gətirirlər. Burada antropoloq, heykəltaraş, arxeoloq, professor Mixail Gerasimov Andrey Boqolyubskinin qalıqlarını analiz edərək onun əsasında büstü yaradır (1949). Həmin büst hazırda K.A.Timiryazyev adına Moskva Dövlət Bioloji Muzeyində saxlanılır. Lakin bu günümüzdə monqoloid Andrey bir çoxlarına sərf etmədiyindən XXI əsrin əvvəllərində professor V.Zvyagin onun yeni surətini yaratdı və, nəticədə Andrey də digər müqəddəslərə bənzədi...

Moskva Kiyev Rusunun tarixini necə mənimsədi?Moskva Kiyev Rusunun tarixini necə mənimsədi?









Misal olaraq rus tarixçi alim, professor Vasili Klyuçevskinin “tarix səhnəsinə çıxan ilk velikoross” adlandırdığı Andrey Boqolyubskinin şəklinə diqqət edək. Sonrakı şəkillərin hamısında qıpçaq xanının nəvəsindən əsər-əlamət belə yoxdur.
Onu da qeyd edək ki, M.Gerasimov 200-dən çox tarixi şəxsiyyətin üz quruluşunu, sifət cizgilərini bərpa etmişdir. Onların arasında Əmir Teymur, İvan IV Qroznı, Uluqbəy, F.Uşakov, Yaroslav Mudrıy və hətta Fransadakı La-Şapel-o-Sen mağarasındakı son neandertal da vardır.
Moskva Kiyev Rusunun tarixini necə mənimsədi?
O zaman niyə bu son zamanlar V.Zvyagin və tərəfdarları digərlərinə deyil, məhz Andrey Boqolyubskiyə şübhə ilə yanaşırlar? Əlbəttə ki, bu yanaşma tarixi saxtalaşdırmağın tərkib hissəsidir...
Araşdırmalar göstərir ki, Ryurikoviçlərin əksəriyyətinin xanımı qıpçaq qızları olsalar da, bu gün təqdim olunan şəkillərdə biz anaların və ya qıpçaq dayıların, babaların izlərini görmürük. Bu da saxtalaşdırılmış tarixin əsas göstəricilərindən biridir... Halbuki “igid oğul dayısına oxşayar” deyiblər. Elm də sübut edir ki, oğlan uşaqlarında ana tərəf dominant təşkil edir... Məsələ burasındadır ki, X xromosomlar dərinin, saçın rənginə, qaşların, dodaqların, burunun və üzün quruluşuna cavabdehdirlər. Qız uşaqları ata-ananın hərəsindən bir X xromosom alırlar. Deməli, qızlarda iki X xromosom olur. Buna görə də onlar həm atalarına, həm də analarına bənzəyə bilərlər. Oğlanlar isə X xromosomu yalnız anadan alırlar və onlarda bir X xromosom olur. Təbii ki, oğlan olduqları üçün kişi cinsinə cavabdeh Y xromosomları da var. İntellektə cavabdeh genlər də anada ataya nisbətən daha aktivdir. Uşağa intellektual qabiliyyət də anadan keçir...
Deməli, V.Zvyagin və tərəfdarları Andrey Boqolyubskinin üz cizgilərindən qıpçaq ananın izlərini silmə cəhdləri həm də elmə ziddir...
Moskva Kiyev Rusunun tarixini necə mənimsədi?
23 iyun 2014-cü ildə Ukraynanın Ali Radasının deputatı İvan Stoykonun parlamentin iclasında “bu gün bizim dövlətimizi, millətimizi məhv etmək üçün çəyirtkə sürüsü kimi Ukraynaya soxulan həmin o monqoloid irqi, faşist Rusiyası ilə müharibədəyik” deməsi də təsadüf deyildi. Rusları “monqoloid irqi” adlandıran İvan nəyə işarə etdiyini yaxşı bilirdi...
Maraqlıdır ki, məhz Andrey Boqolyubski 1169-cu ildə qisas alırmış kimi Kiyevi ələ keçirərək darmadağın edir. Niyə Andreydə atasının ata yurduna bu qədər nifrət vardı?!..
50-80 il ərzində hər fin yaşayış yerinə Ryurikoviçlərdən bir knyaz qoyulurdu. Bu knyazlar yerli tayfalardan olan qızlarla evlənirdilər. Beləcə, Vladimir, Ryazan, Tver və digər knyazlıqlar yaranır. Missionerlər xristianlığı yayırdılar... Arxeoloq A.İvanovun qazıntılarına görə, XII əsrdə “Moksel”də ancaq fin tayfaları yaşayırdılar. Biz də araşdırmalarımızın məntiqi nəticəsi olaraq qıpçaq türk tayfalarını da bura əlavə edirik...
2014-cü il oktyabrın 5-də tarix elmləri doktoru İqor Danilevski müsahibələrinin birində knyazların evləndiyi qızların etnik mənsubiyyətinə toxunduqdan sonra bu qənaətə gəlir: “Belə çıxır ki, bizim knyazların şərqi slavyan kökləri yox imiş. Onların hamısı ya Avropanın tanınmış sülalələrinin nümayəndələrilə, ya da qıpçaq xanlarının qızları ilə evləniblər. Demək olar ki, bütün cənubi rus knyazlarının bir tərəfi qıpçaq idi. Axı Rusun ən yaxın şərq qonşusu məhz onlar idilər...” Onu da qeyd edək ki, Aleksandr Nevskinin nəvəsi Yuri Moskovskinin arvadı Özbək xanın bacısı Konçaka, İvan Qroznının anası Yelena Qlinskaya da Mamay xanın nəslindən idi...

“NORMAN NƏZƏRİYYƏSİ”


İqor Danilevski müsahibəsində “norman nəzəriyyəsi”ndən danışaraq Ryurikin skandinav olub-olmaması məsələsinə toxunur. Bu məsələni ilk dəfə XVIII əsrdə tarixçi Gerxard Miller qaldırmışdır. Mixail Lomonosov Yelizavetanı Millerə qarşı qaldıraraq Rusiyanın tarixini özünün yazmasına nail olur... Sovetlərlə müharibədə Adolf Hitler də “norman nəzəriyyəsi”ni əldə əsas tutaraq rusların mənşəyinin və müstəqil dövlətçilik ənənələrinin olmamasını tez-tez vurğulamışdır.
Moskva Kiyev Rusunun tarixini necə mənimsədi?
İqor Danilevskiyə görə, hətta XX əsrin 80-ci illrində belə SSRİ, Polşa və ADR alimləri “Slavyanlar və normanlar” adlı toplu hazırlayır və burada skandinavların Rusiya dövlətçiliyinin yaranmasındakı rolunu etiraf edirlər. İ.Danilevski Ryurikin tarixi şəxsiyyət olmasına da şübhə ilə yanaşır və bunu əfsanə adlandırır. Alimə görə, bir çoxları yanlış olaraq Ryuriki danimarkalı Rerik Frislandski ilə qarışdırırlar...

XƏZƏRLƏR KİYEVDƏ


Xəzərlərin türk olduğunu sübut etməyə ehtiyac yoxdur. O da məlumdur ki, Kiy, Şek və Xoriv (Lıbıd adlı bacıları da vardı) Kiyevi idarə ediblər. “Povest vremennıx let” əsərində maraqlı bir epizod var: polyanlardan soruşanda ki, siz vergini kimə ödəyirsiniz, onlar deyirlər: “əvvəllər bizi Kiy, Şek və Xoriv idarə edirdilər, indi isə biz onların nəslinə - xəzərlərə ödəyirik”. Deməli, əgər xəzərlər Kiy, Şek və Xorivin nəslindəndirlərsə, deməli onlar da xəzər türklərindəndirlər. Bu fakt bəzi rus alimləri məcbur edir ki, xəzərlərin türk olmadıqlarını sübut etməyə çalışsınlar. Bəziləri də rusların türk-tatar olmasını ortaya qoyurlar. Polşa alimi Yan Dluqoş isə yanlış olaraq bu üç qardaşın polyak olduğuna və, buna görə də, cənubi rus torpaqlarının Polşaya məxsusluğuna inanır. Əslində isə Kiyevi idarə edənlərin xəzərlər olduğunu görürük. Ərazidə yaşayan digər xalqlar, o cümlədən də indiki polyakların ulu babaları hesab olunan polyanlar bir çoxları kimi, xəzərlərə vergi ödəyirdilər...
Nəticə ürək açan deyil! Belə çıxır ki, rusların kökü XXI əsrin əvvəllərində belə naməlum qalır. Xalqın etnik kökünün aydın olmamasının I Pyotru, II Yekaterinanı və digərlərini necə narahat etdiyini və onların saxta tarix yaratmaq məqsədilə hansı yollara baş vurduqlarını irəlidə görəcəyik...

Baxış sayı: 1716