Şərhlər
11.11.2015 / 15:22

Seçim edə bilmirəm, Sokrat

Seçim edə bilmirəm, Sokrat(Müdriklər və korifeylər silsiləsindən)

Əlisa NİCAT / İnform.az


(Əvvəli burada)
-Və əgər biz artıq bir dəfə tanıyıb sonra unutmuruqsa, onda hər dəfə bu biliyə sahib olaraq biz təzədən doğulmalıyıq və həmin biliyi ömrümüzün axırına kimi saxlamalıyıq. Axı “bilmək” nə deməkdir? Bilik əldə edib onu daha heç vaxt itirməmək. Amma unutmaq dedikdə, əgər səhv etmirəmsə, biz biliyi itirməyi nəzərdə tuturuq.
- Yox, Sokrat, sən qətiyyən səhv etmirsən.
- Amma əgər doğularaq, doğulana qədər bildiyimizi itiririksə və sonra hisslər vasitəsilə əvvəlki bilikləri bərpa ediriksə, onda zənnimcə tanımaq, dərk etmək artıq sənə məxsus olan biliyi bərpa etmək deməkdir və bunu “xatırlama” adlandıraraq biz həqiqətən doğru söz işlətmiş oluruq.
- Tamamilə doğrudur.
- Hə də, axı necə ki, aydın oldu. Tamamilə mümkündür ki, insan görüb və ya eşidib və ya hər hansı başqa bir hiss ilə nə isə dərk edib ardınca nəsə başqa unudulmuş bir şey barədə ya oxşarlıqlarına görə, ya da oxşama yeri bu iki predmet barədə bizi fikirləşməyə məcbur edir. Deməli, təkrar edirəm. İkisindən biridir: ya biz hamımız anadan olanda şeylərin özü-özlüyündə olmalarını artıq bilirik və ya bu biliyi ömrümüzün sonuna kimi saxlayırıq, ya da o şeylər ki, idrak olunduqları barədə danışırıq, onlar əslində yada salınmaqla, xatırlama ilə dərk edilir və bu halda öyrənmək xatırlama demək olardı.
- Elədir ki, var, Sokrat.
- Yaxşı, bəs sən hansını seçirsən, Simmiy: bizim biliklə bərabər anadan olduğumuzu, ya da sonralar artıq keçmişdən bizə məlum olanları xatırlamamızı?
- Hələlik mən seçim edə bilmirəm, Sokrat.
- Yaxşı, onda sənə ikinci sualım. Görüm sən bu barədə nə düşünürsən: əgər insan nəsə bilirsə, öz biliyini sözlə ifadə edə bilər, ya yox?
- Şübhəsiz, ifadə edə bilər.
- Və sən düşünürsən ki, hamı bizim indi bəhs etdiyimiz məsələlər barədə aydın mühakimə yürüdə bilər?
- Belə düşünmək istərdim, Simmiy etirazla dedi, - amma çox qorxuram ki, sabah bu vaxt bunu həqiqi surətdə bacara bilən adam artıq başqa dünyada olsun.
- Deməli, Simmiy, sən bu şeylərin hamıya məlum olduğunu düşünmürsən?
- Heç bir halda.
- Deməli, adamlar haçansa bildikləri şeyləri xatırlayırlar?
- Yəqin ki.
- Onda bu biliklər qəlbimizdə nə vaxt peyda olur? Məgər biz insan görkəmində dünyaya gələndə deyilmi?
- Əlbəttə, yox.
- Deməli, əvvəl?
- Bəli.
- Onda deməli, Simmiy, bizim ruhumuz insan obrazını almazdan əvvəl cismimizdən kənarda mövcud idi və hələ o vaxt idraka sahib idi.
- Bəli, amma əgər biz həmin bilikləri doğulduğumuz anda əldə ediriksə: bizim hələ hesaba almadığımız vaxt bax budur.
- Qoy sən deyən olsun dost, onda bəs biz onları haçan itiririk? Axı biz həmin bu biliklərlə dünyaya gəlirik, necə ki, biz indi səninlə razılığa gəldik. Bəlkə biz onları elə indi əldə etdiyimiz andaca itiririk? Ya bəlkə sən göstərəsən başqa hansı bir vaxtdasa?
- Yox, Sokrat. Mən göstərməyəcəyəm. İndi mən unutdum ki, axmaq söz demişəm.

Baxış sayı: 563