Siyasət
11.11.2015 / 12:12

Aqil Camal Şimali Kiprdə dövlət bayramı tədbirlərinə qatılacaq

Aqil Camal Şimali Kiprdə dövlət bayramı tədbirlərinə qatılacaq
"Türküstan" qəzetinin baş redaktoru, Ortaq Dəyərlər İctimai Birliyinin sədri Aqil Camal Şimali Kipr Xarici İşlər Nazirliyinin dəvəti ilə bu ölkənin quruluşunun 32-ci ildönümü tədbirlərində iştirak edəcək.
12-16 noyabr tarixlərində gerçəkləşəcək səfər çərçivəsində müxtəlif ölkələrdən gəlmiş qonaqların Şimali Kiprin xarici işlər naziri, parlamentin sədri və prezident Mustafa Akıncı ilə görüşləri nəzərdə tutulur.
Bundan başqa, qonaqlar Doğu Akdeniz Üniversitetində olacaq, dövlət müstəqilliyi ilə bağlı hərbi parada, həmçinin, prezident tərəfindən veriləcək bayram ziyafətinə qatılacaqlar.
Aqil Camal bildirib ki, səfər zamanı bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə ayrıca görüş keçirəcək. Həmçinin, Azərbaycan, Qarabağ, Xocalı soyqırımına aid tanıtma materialları müxtəlif ölkələrdən gəlmiş KİV təmsilçilərinə paylanacaq.

İnform.az

Baxış sayı: 277