Dünya
11.11.2015 / 05:27

Finlandiya miqrantları çadırlarda yerləşdirəcək

Finlandiya miqrantları çadırlarda yerləşdirəcək İnform.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Finlandiya hökuməti ölkəyə gələn miqrantları çadırlarda yerləşdirəcək.

Bu haqda məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. Belə bir qərarın alınmasının səbəbi isə miqrantlar üçün ayrılmış mərkəzlərdə yer çatışmamazlığıdır.

Məlumata görə, oktyabr ayı ərzində bu ölkəyə 7 mindən çox miqrant gəlib. Son bir həftə içində isə ölkə sərhədlərini 2 minə yaxın miqrant keçib.


Baxış sayı: 137