Dünya
10.11.2015 / 23:32

"Heç bir qüvvə Fəratı keçə bilməz"

"Heç bir qüvvə Fəratı keçə bilməz" Bəzi ölkələrin İŞİD-i vurmaq adı altında Suriyadakı türkmanları bombardman etməsi dözülməzdir.

İnform.az "Axar.az"-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, PYD-nin fəaliyyətinə də toxunub:

“Heç bir qüvvə Fərat çayının qərbinə keçə bilməz. Bu barədə olduqca qərarlıyıq. Bundan sonra da mövqeyimiz dəyişməyəcək. Terroçulardan təmizlənmiş etibarlı bölgənin yaradılması ilə bağlı danışıqlar da davam edir”.

Baxış sayı: 252