Ədəbiyyat
10.11.2015 / 21:09

Almatıda “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabının təqdimatı olub

Almatıda “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabının təqdimatı olub Noyabrın 10-da Qazaxıstanın Almatı şəhərində TÜRKSOY-un və Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Xalq Şairi, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi qeyd olunub. Tədbir çərçivəsində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuş “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabının təqdimat mərasimi keçirilib. Kitaba şairin Azərbaycan dilindəki şeirləri ilə yanaşı, qırğız, türk, türkmən, qazax dillərinə tərcümə edilmiş şeirlər daxil edilib.

Qazaxıstan yazıçıları, ziyalılar, həmçinin Azərbaycan, Qırğızıstan və Türkiyədən dəvət olunan qonaqlar tədbirdə iştirak ediblər.

Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı Bəxtiyar Vahabzadənin şeirlərinin TÜRKSOY tərəfindən türk xalqlarının dillərinə tərcümə olunaraq çap edilməsindən danışıb.

Almatıda Azərbaycan diasporu nəzdində fəaliyyət göstərən “Bahar” rəqs ansamblının ifaları tədbir iştirakçılarına xoş anlar bəxş edib.

Sonda kitabın tərcüməsində və tədbirin təşkilində əməyi olan hər kəsə TÜRKSOY adından mükafatlar təqdim olunub.

İnform.az

Baxış sayı: 480