Hərbi
10.11.2015 / 20:39

NATO-nun təhsil üzrə ekspertləri Bakıdadır

NATO-nun təhsil üzrə ekspertləri Bakıdadır Noyabrın 10-da Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq, NATO-nun təhsil üzrə ekspertləri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında iki gün davam edəcək tədbirdə hərbi təhsil və təlim sahəsi üzrə Azərbaycan-NATO birgə fəaliyyət planının icmalı, gələcək hədəf və tədbirlər müzakirə ediləcək.

İnform.az

Baxış sayı: 345