Hadisə
10.11.2015 / 14:22

Milyarder özünü 8-ci mərtəbədən atdı

Milyarder özünü 8-ci mərtəbədən atdıBritaniyalı milyarder və kinoprodüsser Anqad Pol özünü Londonun mərkəzində yerləşən binanın 8-ci mərtəbəsindən atıb.

İnform.az modern.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb mərhum biznesmenə məxsus “Caparo İndustries” şirkətinin iflasa uğraması və inzibati idarəçiliyə verilməsi ilə bağlı olub.

Anqad Pol 12 kinofilmin, xüsusən Britaniya kinematoqrafiyasının son illərdə ən uğurlu filmi sayılan “Kartlar, pullar və 2 tüfəng” filminin prodüseri kimi tanınıb.

Hindistan əsilli Anqad Pol Britaniya Lordlar Palatasının 84 yaşlı üzvü Svarc Polun oğludur.

Baxış sayı: 140