Hadisə
10.11.2015 / 00:10

Xoruz döyüşlərində 10 nəfər həlak olub

Xoruz döyüşlərində 10 nəfər həlak olub İnform.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, Meksikanın Kuaxinikuilapa şəhərində keçirilən ənnəvi xoruz döyüşləri zamanı iki silahlı dəstə arasında qarşıdurma yaşanıb.

Polisin məlumatına görə, hadisə zamanı ən azı 10 nəfər həlak olub, daha 7 nəfər isə yaralanıb. Həlak olanlardan biri 12 yaşlı uşaqdır.

Bundan başqa xeyli sayda insan yaralanıb. Bütün yaralılar xəstəxanalara yerləşdirilib.

Silahlı insidentin hansı səbəbdən baş verməsi haqda məlumat verilmir.

Baxış sayı: 265